
Senzor.az bildirir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 117 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.
Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.