“Google Translate” tərcümə xidmətinin saytına Krım-tatar dili əlavə olunub.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib:
“Bu funksiya dünya miqyasında milyonlarla insana Krım-tatar dilini öyrənməyə imkan verməklə yanaşı, həm də Ukraynanın soykökünə malik olan bu xalqın mədəniyyətinin daha da əlçatanlığını təmin edəcək”.