“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb.


Senzor.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.


Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.


Nazirlər Kabineti Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.


Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.