Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib

Şamaxı rayonunda 21 nəfər qidadan zəhərlənib.

 

”Report”un məlumatına görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toyda qeydə alınıb.

 

Toyda qidadan zəhərlənən qonaqlar təcili tibbi yardım avtomobilləri və şəxsi avtomobillərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb.

 

Xəstəxanadan verilən məlumata əsasən, zəhərlənənlərin vəziyyəti qənaətbəxş hesab olunur və onların bir hissəsi artıq evə buraxılıb.

 

Qeyd edək ki, qidadan zəhərlənən 21 nəfərdən 10-u qadın, 7-si uşaqdır.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı açıqlama verərək qeyd edib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib: "İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.