Teymur Əmrah: "Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim"

Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb.

 

Axşam.az xəbər verir ki, müğənni verilişlərin birində bir neçə il əvvəl verdiyi solo konsertindən gəlir əldə etmədiyini deyib: "2020-ci ildə Heydər Əliyev Sarayında konsertim oldu. Səkkiz günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur. Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim".

 

T.Əmrah bildirib ki, konsert salonlarındakı avadanlıqlar onu qane etmədiyi üçün konsert vermir: "İndi saraylar, restoranlar var ki konsert təklif edir, razılaşmıram. Dünyada bütün səs rejissorları konservatoriya bitirir ki, səsə düzgün rəng versinlər. Bizdəkilər isə yox. Mən 32 ildir sənətdəyəm, bunu ona qurban verə bilmərəm. Konsertdə fonoqram oxumaq olmaz".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.