Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər... "KİŞİ" OLDUĞUNU ÖYRƏNDİ
FOTO

Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.

 

Bu barədə Oxu.az-ın redaksiyasına məlumat verilib.

 

Saytın əməkdaşı şəxsiyyət vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı ilə əlaqə saxlayıb.

 

F.Heydanlı doğum haqqında şəhadətnaməsinin qeydiyyata səhv alındığını bildirib: "Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portala da qeydiyyatda kişi cinsi olaraq düşüb. Mən buna fikir verməmişdim. Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni "qadın". Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.

 

Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, "ASAN xidmət"lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.