Zaqatalada ötən gecə iki fərdi yaşayış evi və üç mal tövləsi yanıb.
"Qafqazinfo"nun məlumatına görə yanğın hadisələri rayonun Əliabad qəsəbəsi və Mosul kəndində baş verib.
Yeni ilin ilk gecəsi saat 03 radələrində rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Şaban Məhəmməd oğlu Əhmədova məxsus ümumi sahəsi 100 kv/m olan fərdi yayaşlış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.
Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri - İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.
İlkin məlumata görə, gecə ərzində rayonda baş verən beş yanğın hadisəsi qəsdən törədilib. Baş vermiş yanğın hadisələrinin bir-biri ilə əlaqəli olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılır.
Senzor.az bildirir ki, bu arada Zaqatalada iki qardaşın birgə yaşadığı evin qardaşların biri tərəfindən doğrudan da qəsdən yandırıldığı məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun inspektoru, polis baş leytenantı Mahir Məsimov jurnalistlərə bildirib ki, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb.
İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.
Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Lakin uzağa gedə bilməyib və polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintağa cəlb olunub.
Zaqatala RPŞ-nin təhqiqat qrupunda araşdırma davam etdirilir.