Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir - COP20-nin PREZİDENTİ

Azərbaycan COP29-la bağlı iddialı nəticəyə nail olmaq üçün fəaliyyətini gücləndirməli və iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün tərəflərini səfərbər etməlidir.


"Climate Change News"un verdiyi xəbərə görə, bunu COP20-nin prezidenti olmuş “WWF”nin iqlim və enerji məsələləri üzrə rəhbəri Manuel Pulqar-Vidal deyib.


"Azərbaycanın COP29-a ev sahibliyi etməsi ona təkcə danışıqları təşviq etmək deyil, həm də gələcək nəsillər üçün miras yaratmaq imkanı verir. Dəqiq müddətlərin müəyyən edilməsi, ekspert məsləhətləşmələrindən istifadə, maliyyə danışıqlarının intensivləşdirilməsi və öhdəliklərin yerinə yetirilməsi üçün ölkələrə təzyiq COP-un uğurlu olmasına səbəb ola bilər", - M.Vidal bildirib.


O qeyd edib ki, COP28 sazişi qalıq yanacaq dövrünün "sonunun başlanğıcı" olmalı idi.


"Ancaq Dubaydakı sammitdən sonra irəliləyiş məyusedici dərəcədə yavaş idi. 1,5 ℃-lik hədəf üçün fürsət pəncərəsi tez bağlanır. Biz Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik", - M.Vidal bildirib.


Onun sözlərinə görə, maliyyə danışıqlarının səmərəli idarə olunması proaktiv addımlar atmağı və lazımi maliyyələşmənin miqyasının qəbul edilməsini tələb edəcək. "2030-cu ilə qədər iqlim və ətraf mühit üçün ən azı 1 trilyon ABŞ dolları investisiya lazımdır”, - M.Vidal əlavə edib.


COP20 prezidenti əlavə edib ki, 190-dan çox ölkənin ehtiyacları və tələbləri arasında balans yaratmaq çətin məsələ olsa da, biznes, hökumət və vətəndaş cəmiyyəti liderləri ilə qarşılıqlı fəaliyyət sayəsində mümkündür.


"Əlverişli şəraitin yaradılması və ölkələrin mövcud öhdəliklərin yerinə yetirilməsinə təşviq edilməsi iqlim böhranı ilə mübarizəyə çox böyük təsir göstərə bilər. Azərbaycana tələlərin və lazımsız səhvlərin qarşısını almağa kömək edə biləcək nüfuzlu oyunçularla əməkdaşlığı davam etdirmək ölkəyə fayda verəcək. Sporadik məsləhətləşmələr kifayət etməyəcək; əsas ardıcıl dialoqdur. Nəhayət, Azərbaycan kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin göstərəcəyi diqqətə hazır olmalıdır", - M.Pulqar-Vidal vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.