Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Al Marri Şuşada səhər yürüşünə çıxıb.
Senzor.az bildirir ki, nazir və həmkarları səhər saatlarında Şuşanın əsas küçə və xiyabanlarından keçməklə Cıdır düzünə qədər yürüş ediblər.
Qonaqlar Şuşanın turizm imkanlarını yüksək qiymətləndirib, mədəniyyət paytaxtının mötəbər turizm bölgəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-li həmkarı Abdullah bin Touq Al Marrinin iştirakı ilə Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.