Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.