Şəkidə çətənə əkən qohumlar tutuldu

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib.

 

Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları iki kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.