Ermənistanda onlarla insan Qərbi Nil virusuna yoluxdu
ÖLƏN VAR

Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan deyib.

 

Onun sözlərinə görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

 

Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.

 

Xatırlatmaq yerinə düşər ki, 10 faizədək hallarda mərkəzi sinir sisteminin zədələnməsi ölümlə nəticələnir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.