Avqustun 17-18-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən, borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.