“Turantv.az”ın rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Senzor.az bildirir ki, onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdikləri saytlarda rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etməkdə təqsirləndirilirlər. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.