Avqustun 26-də saat 4 radələrində Nizami rayonu ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami Rayon Prokurorluğundan Senzor.az-a bildirilib ki, araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.