“Şən və hazırcavablar klubu” (“KVN”) televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.
Senzor.az “KVN”in saytına istinadən bildirir ki, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) dünyaya gəlmişdi.
A.Maslyakov 1964-cü ildən KVN-ə rəhbərlik edib və 2022-ci ilə qədər televiziya proqramının aparıcısı olub.
O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.