

“Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğundan senzor.az-a daxil olan press-relizdə deyilir ki, sərgidə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotolar, sənədlər, medallar və s. eksponatlar nümayiş olunur.
Qeyd edilir ki, sərginin əsas hissəsini Ağsu rayonundan 44 günlük Vətən müharibəsində şəhid olmuş 34 nəfər hərbçimizin əşyaları, foto və sənədləri təşkil edir.






