
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.
Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

