Xankəndidə ilk TOY - TANINMIŞ JURNALİSTİN OĞLU EVLƏNİR
FOTO

21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.

 

Modern.az xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki "Meydan" restoranında keçirıləcək.

 

Məlumatı sayta bəyin ailə üzvləri veriblər.

 

Bildirilir ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.

 

Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

 

Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.