
Senzor.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, polis əməkdaşları həmin obyektə baxış keçirib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb.
Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi də aşkarlanıb.