Binə qəsəbəsində evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.