İranda Xomeyninin məqbərəsində Livan “Hizbullah”ının sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində ölən baş katibi Həsən Nəsrullah və onun silahdaşları ilə vida mərasimi keçirilir.
Məlumatı “Mehr” agentliyi yayıb.
Məlumata görə, yerli vaxtla səhər saat 11-də başlayacaq rəsmi vida mərasimi İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin cümə xütbəsi başlayanadək davam edəcək.
Qeyd edək ki, Həsən Nəsrullah İraqın Kərbəla şəhərində İmam Hüseynin qəbri ilə yanaşı dəfn olunacaq.