Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.
** 16:37
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.
Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.
Həmin görüntüləri təqdim edirik: