Tovuzda 18 nəfər dönərdən zəhərləndi
ARAŞDIRMA APARILIR

Tovuzda kütləvi zəhərlənmə olub. 

 

Senzor.az-ın məlumatına görə, kütləvi zəhərlənmə rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alınıb. Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, ötən gün 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, qurumun mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüblər. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.