Şəkidə toyda ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu, 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca keçinib.
Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.
Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.