Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
YENİLƏNİB

Oktyabrın 27-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüstəmov Rüfət Ələsgər oğlunun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səmədli Ələkbər Valeh oğlu polis əməkdaşları tərəfindən keçurilən tədbirlərlə saxlanılıb.

 

Araşdırma aparılır.

 

23:19 (27.10.2024)

 

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qaradağ Rayon Prokurorluğundan Senzor.az-a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.