Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən də ciddi şəkildə araşdırılır.
Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərin görə, araşdırmanın nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək.
Araşdırmaya başlayan rəsmi qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də var.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu KİV-in sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.
Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırma aparır və əgər fakt öz təsdiqini taparsa, araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.
**23:26
Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.
Senzor.az bildirir ki, görüntülərdə qadın körpəyə "çörəyi dişlə, saxla ağzında" deyə israr edir, körpə onun dediklərini gec icra edəndə isə başına şillə vurur.
Görüntülər insanların narazılığına, hiddətinə səbəb olub.
Daxili İşlər Nazirliyindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.
Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.