Paytaxtın Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.
“Qafqazinfo” bildirir ki, sürücü Nazir Avadanov polisə müraciət edərək 3 nəfər tanımadığı şəxsin oktyabrın 29-u “Mercedes-Benz Sprinter” markalı mikroavtobusda onu soyduğunu bildirib.
O qeyd edib ki, həmin şəxslər nəqliyyat vasitəsində olarkən boğazına bıçaq dirəyiblər.
Onlar 150 manat pul və “Redmi” markalı telefonu götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb. Sübhan Dadaşzadə, Səid Abbasov və Xeyrulla Qaçayev şübhəli şəxs qismində saxlanılıblar.
Araşdırma aparılır.