Bakıda narkotik və silah satan şəxslər həbs olundu
VİDEO/FOTO
Bakıda narkotik və silah satan şəxslər həbs edilib.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Əli Əhmədov tutulub.
 
Onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
 
Əli Əhmədov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini deyib.
 
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub.
 
Onun üzərinə baxış zamanı 1 ədəd “CZ-27” markalı tapança, 1 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyən zaman tutulub.
 
Faktlarla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
 
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.