Şəki şəhərində 62 yaşlı kişi sirkə turşusu içərək intihar edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Salman Mümtaz küçəsində baş verib.
Belə ki, həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü İslamov Şəmsəddin Mahmud oğlu yaşadığı evdə sirkə turşusu içib.
O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.