Paytaxtda həkim xəstənin yaxınları tərəfindən döyülüb.
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, çağırışa gedən həkim Səmədov Mətin Arif oğlu xəstənin yaxınları tərəfindən döyülüb.
O müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Fakt araşdırılır.