Ucarda kabellər oğurlayan qohumlar ələ keçdi - FOTO

Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıblar.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərov saxlanılıblar.

 

Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və rayonun üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə edilən pulları öz aralarında böldükləri müəyyən edilib.

 

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb. V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.