Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi bayram və istirahət günlərində infeksiyalardan qorunmaq üçün əhaliyə müraciət edib.

 

Senzor.az-ın məlumatına görə, Nazirliyin yaydığı müraciətdə bildirilib ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

 

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

 

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir.

 

Məlumatda gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi də məqsədəuyğun hesab edilib: "Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.