Azərbaycanda dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının dekabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılaraq istintaqa təhvil verilib.