Sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun 19 yaşlı oğlu Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.