Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

 

Trend xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.

 

Məlumata görə, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları - 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya edilib.

 

Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı sayta bildirib ki, 12.01.2025-ci il tarixində saat 21:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

 

"Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar",- deyə o əlavə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.