Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş 49 yaşlı C.Bayramov saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Senzor.az-a verilən məlumata görə, ondan 4 kiloqram marixauana və tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı, satış məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.