Balakəndə əməliyyat: Keçmiş məhkum 33 kilo narkotiklə tutuldu
FOTO

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb.

 

Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub.

 

Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən “Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb.

 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən bir ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.