Polis Yardımlıda əməliyyat keçirdi:
SAXLANILANLAR VAR

Yardımlı rayonunda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxsləri ifşa ediblər.

 

Keçirilən əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.