Azərbaycanlı hərbi kursant Elvin Eldəniz oğlu Quluzadə Türkiyədə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, Rusiyada hərbi təhsil aldığı müddət ərzində 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunub.
Vurğulanıb ki, E.Quluzadə daha sonra müalicəsini davam etdirmək üçün 2024-cü il iyulun 19-dan Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasında yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 2025-ci il fevralın 25-də həmin xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!