Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1973-ci il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edib və oğru Q. İbrahimova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.