Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun digər hərbi qulluqçusu- əsgər Həmidov Rüstəm Ruslan oğlu Bərdə şəhər qəbiristanlığında torpağa tapşırılıb.
APA xəbər verir ki, vida və dəfn mərasimlərində mərhumun yaxınları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak ediblər.
Məlumata görə, Rüstəm Həmidov nişanlı olub, hərbi xidmətdən tərxis olunmasına 10 gün qalıbmış...
Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.