
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakının Nərimanov rayonu ərzisində tapılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci il noyabrın 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə getmiş və geri qayıtmamışdı.