Gəncədə maskalı şəxslər marketin divarını sökdülər və...
KÜLLİ MİQDARDA PUL APARDILAR
Gəncə şəhərində maskalı şəxslər böyük marketlərin birinin divarını uçuraraq, mağazadan 60 minə yaxın pul oğurlayıblar.
 
"Report"un məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən marketlərin birində qeydə alınıb. 
 
İki maskalı şəxs linglə marketin arxa divarını uçuraraq içəriyə daxil olub və marketdən 40 min manatdan çox milli, 12 mindən çox xarici valyuta olan nağd pulu götürüb ərazidən uzaqlaşıblar.
 
Təxminən 60 min manata yaxın pulu oğurlayan maskalı şəxslər marketin müşahidə kamerasına düşüblər.
 
Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan sayta bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.