Ötən gün vətəndaşların 87 min manatdan çox pulu talanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20 min, 17 min, 16 min, 15 min, 7 min 800, 4 min 650, 2 538, 1 006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara müraciət edərək şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".