Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA bildirir ki, Qəbələ sakini, 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Amma göstərilən bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.