Xəbər verdiyimiz kimi, Bakıda avtobus sürücüsü döyülüb.
"Xəzər" TV-nin məlumatına görə, hadisə anı avtobusdakı təhlükəsizlik kamerasına düşüb.
Xatırladılır ki, hadisə ötən gecə Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verib. 113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü, 36 yaşlı Mehran Gülməmmədov son dayanacaqda mübahisə etdiyi şəxs tərəfindən döyüldüyünü iddia edir.
Xəstəxanaya aparılan sürücüyə burun sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatından danışan Mehran Gülməmmədovun sözlərinə görə, onu döyən şəxs sərnişin yox, yoldan keçən piyada olub...
Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olub, hazırda onun müalicəsi ev şəraitində davam edir.
Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü və həmin şəxs polis şöbəsinə dəvət edilib. Onların izahatları alınıb. Hadisənin təfərrüatı və kimin günahkar olduğu aparılan araşdırmadan sonra bəlli olacaq...
**13:19
Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
113 nömrəli xətt avtobusunun sürücüsü, 1986-ci il təvəllüdlü Gülməmmədov Mehran Mehman oğlu sərnişin tərəfindən döyülüb. Sürücü M.Gülməmmədov xəstəxanaya yerləşdirilib. Onun burun sümüyü sınıb.
Faktla bağlı araşdırma aparılır.