Gürcüstanın Qardabani rayonunda yanvarın 30-da keçirilmiş toy mərasimindən sonra fiziki qarşıdurma baş verib.
“Report” xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Şənlikdə iştirak etmiş Məmmədovlar ailəsinin 3 yaşlı uşağı da daxil olmaqla 4 üzvü döyülüb. Onların ikisinə armaturla müxtəlif dərəcəli ağır bədən xəsarətlərinin yetirildiyi bildirilib. Hər ikisi xəstəxanaya yerləşdirilib. Nodar Məmmədovun vəziyyəti kritikdir və o, artıq üçüncü gündür huşsuz vəziyyətdədir.
Məmmədovlar iddia edirlər ki, onlara qarşı fiziki zorakılığa yol vermiş 20-yə yaxın şəxs içkili vəziyyətdə olub. İnsidentin səbəbi hələ bilinmir.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılıq maddəsi üzrə istintaq aparılır.
Faktla bağlı saxlanılan yoxdur.