DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, iyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.

 

Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək.

 

Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq: "Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.

 

Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.

 

Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.