Sağlam adam öz xəbəri olmadan 17 ildir əliliyə görə təqaüd “alırmış”?
VİDEO
Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.
 
İTV-nin məlumatına görə, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət edib.
 
Lakin eşitdiyinə və gördüyünə inanmayıb. Demə, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilibmiş.
 
“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedilər ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedilər ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva bu cavabı DOST mərkəzinə müraciət edəndə alıb.
 
Halbuki əlil deyil və gözləri də tam normal görür. Bundan sonra ona 180 manat pensiya alacağını deyiblər. Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.
 
Məsələ ilə bağlı DOST mərkəzindən bildirilib ki, vətəndaşın pensiya müraciəti qeydə alınıb. Qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ona əmək pensiyası təyin ediləcək. Vətəndaşa yaşa görə pensiya isə artıq təyin olunub.
 
17 ildir pensiya alması ilə bağlı iddialara isə qurumun rəsmisi bildirib ki, problem ciddidir və xüsusi nəzarətə götürülüb. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.